www.behmenli.tr.gg
  YER ADLARIMIZ
 
Böyük Bəhmənli kəndində bəzi yer adları Haylan Yerli əhalinin Haylan adlandırdığı bu əərazi Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərinin arasında – Quruçay və Köndələn çayının mənsəbini əhatə edir. Tarixi qaynaqlar və ərazidən tapılan maddi sübutlar yerin adının miladın ilk yüzilliklərində ərazidə yaşamış Haylan (on oğuz) türklərindən götürdüyün deməyə əsas verir. Bu bölgədə qədim türklərə məxsus kurqan abidələri də qalmaqdadır. Tarixi qaynaqların məlumatına görə, miladın 462-ci ilində şimalda yaşayan oğuzlar cənuba hücum edərək Balasakan ölkəsində məskunlaşıb. Tarixçi M.İsmayıl yazır: “tarixçilər bu tayfaların haylandur (on oğuz və ya on oqur) türklərindən ibarəət olduğunu qeyd edirlər”. Dövrün yazılı mənbələrində haylandurların öz cəsarətləri, döyüşkənlikləri ilə fərqləndikləri, hətta Sasani imperiyasını lərzəyə saldıqları qeyd olunur. M. İsmayılın yazdıqlarına əsaslansaq Haylandurların «Balasakanan Naxçıvana qədər böyük bir ərazidə yaşadıqlarını» görərik. Quruçay-Köndələnçay vadisi isə təbii ki öz münbitliyi, yaşıllığı, köçəri türklərin təsərrüfat fəaliyyəti üçün əlverişliliyi ilə diqqətdən kənarda qalmayıb və məskunlaşma prosesinə təkan verib. Qərbdə Quruçay, sıx meşəlik və bataqlıq, şərqdə Köndələnçay və bataqlıq, cənubda isə Araz çayı ilə sərhədlənən ərazi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşib. Qızılbaş yeri Haylan ərazisi ilə həmsərhəd və bir hissəsi Haylan ərazisinə düşən bu torpağın Səfəvilərin hakimiyyətinin ilk dönəmində, Şah İsmayıl tərəfindən əyanlardan birinə iqta olaraq bağışlandığı söylənilməkdədir. Digər rəvayətə görə, Şirvandan Naxçıvana hərəkət edən Şah İsmayıl qoşunu ilə burada dayanaraq bir neçə gün dincəlib. O zamandan yer onların şərəfinə Qızılbaş yeri adlanıb. Qarçığay yeri Bu ərazi Böyük Bəhmənlinin ən böyük tayfalarından olan Qarçığayların adı ilə bağlıdır. Alaqarğı oymağı Bu yerin adı Qarabağnamələrdə, xüsusilə Qarabağ xanı Pənahhəli xanın nəticcəsi Əhməd bəy Cavanşirin «Qarabağnamə»sində qeyd olunur. Artıq demək olar ki unudulmuş olan bu yer Böyük Bəhmənli kəndinin yuxarı hissəsindədir. Ərazi 1998-ci ildə pay torpaqları olaraq sakinlərə paylanıb. Qarabağnamədə qeyd olunana görə Alaqarğı oymağı Pənahəli xanın ata—baba yurdu idi. Leyli hasarı Təxmini yeri Bakı-Mincivan dəmir yolunun 50-60 metrliyinə təsadüf edir. Leyli hasarı qədim Bəhmən şəhərinin bir bürcü olub. Deyilənə görə, bürc orada həbs olunmuş şəhər əmirinin qızı Leylinin adını daşıyıb. Qala divarları da daxil olmaqla bürc zəlzələ nəticəsində dağılıb. Həlim gölü Təxmini koordinatları bəllidir. Ötən əsrin 50-ci illərinin sonuna qədər Həlim gölü bataqlıq bir sahə olaraq varlığını sürdürüb. Bəhmən şəhərinin qala divarlarının xaricində yerləşib. Bataqlığın Həlim gölü adlanmasına səbəb Bəhmən şəhərinin aşxanalarından çıxan tullantı sularının orada toplanması olub. Qəhrəman İman oğlu adlı şəxç atı ilə bu bataqlığa düşərək batıb. Əsgər arxı Bu arx 1866-cı ildə Qarabağ xanlarının nəslindən olan tarixçi Ə. Cavanşir tərəfindən çəkdirilib. Qarabağnamədə bu barədə deyilir: «Nəhayət Ə. Cavanşir 1866-cı ildə Zərgər, Dilağarda, Yağlıvənd və Şahsevən .... camaatının köməyi ilə cüzi bir məbləğdə və hökumətlə heç bir formada əlaqə yaratmadan arx qazdıraraq Arazdan Govurarxa su çıxardı». Arx Böyük Bəhmənlidə onun çəkilişinə rəhbərlik etmiş Arasbarlı tayfasından Əsgərin adı ilə Əsgər arxı kimi tanınıb. Şirvan Ata qəbristanlığı Böyük Bəhmənli kəndinin iki və hazırda möövcud qəbristanlığı. Rəvayətlərə görə, qəbristanlıq burada dəfn edilmiş Şirvanşah İbrahim Xəlilullahın vəziri Hacı Yusif Şirvaninin şərəfinə Şirvan Ata adlanıb. Teymurun ölümündən sonra Şirvanşah İbrahim hakimiyyətini Qarabağ bölgəsinə yaymaq üçün Yusif Şirvaninin başçılığı altında bölgəyə hərbi qüvvə göndərir. Şirvanşahın qoşunları indiki Babbı kəndi ilə Böyük Bəhmənli kəndlərinin arasındakı ərazidə düşərgə salır. Teymurun adamlarının zülmündən cana doymuş yerli əhali də Şirvanşahın qoşununa qoşulur. Həlim təbiətli Yusif Şirvani yerlərdə qayda—qanunu təmin edir. Yerli əhali ilə gözəl münasibətlər qurur. Buna görə yerli əhali Şirvanşahın ağsaqqal vəzirinə Şirvan Ata deyə müraciət edib. bir müddət sonra hərbi düşərgədə rəhmətə gedən Y. Şirvani elə buradaca dəfn olunur. Yerli əhali onun şərəfinə dəfn olunduğu ərazini Şirvan Ata adlandıraraq ziyarətggaha çevirir. Davalı yer Deyimlərə görə bu yerin adı uzun müddət tayfalar arasında mübahisələrə səbəb olduğu üçün belə adlanıb. Dəqiqləşdirə bilmədiyimiz tayfalardan biri yerin qanuni sahibi olub. Münbit və əkinə yararlı bu torpaq uğrunda uzun müddət mübahisələr gedib. Hətta qəza rəisi özü bu problemi həll edə bilmədiyini etiraf edərək işi tayfaların ağsaqqallarının üzərinə buraxıb. Şomulu torpaq Bir neçə hektar sahəni əhatə edibb. Şomu adlanan bitki çox olduğu üçün belə adlanıb. Sarıçiçək Bu yerin Sarıçiçək adlanması ərazinin başdan başa yaz aylarında sarı çiçəyə (türpək) bürünməsi ilə bağlıdır. Gözarası Bəhmənli ilə indiki Yağlıvənd kəndi arasında ərazinin bir hissəsi belə adlanıb. Yaşlın şəxslərin sözlərinə görə, buna səbəb yerin ölçülməsi zamanı gözəyarı hesablanması olub. Palıdlı bağ Təxminən 10-15 il əvvələ qədər mövcud olub. Qədim palıd meşəsinin qalıqları bağ kimi qorunub saxlanıldığı üçün ərazi Palıdlı bağ adlanıb. İndi pay torpağı kimi sakinlərə paylanıb. Böyürtkən bəylərinin yeri Bəylik tayfasına məxsus sahə belə adlanıb. Bəylərin olan qalan mülkünü bolşeviklər əllərindən alıb. Qalan bir neçə hektar torpaq isə heç nəyə yaramırmış. Sahibsiz. Əkilməyən torpabı böyürtkən kolları alır. Mal-mülkü əlindən çıxan bəy hər gün yerinin ətrafında dolaşar, oradan böyürtkən toplayıb aparan adamların qarşısını kəsib yerində bitən böyürtkəni yığmaları müqabilində onlardan haqq alarmış.
 
  Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol